Suriyada vəhhabilik ölkə boyu qadağan edildi

Suriyanın Din və Vəqf Nazirliyi bəyanat yayaraq bildirib ki, bundan sonra ölkədə vəhhabiliyin təbliği və hər cür fəaliyyəti qəti şəkildə qadağan olunur.
Bununla bağlı həmçinin bütün məscid və digər dini ocaqlara tapşırıq verilib ki, İbni Teymiyyə və vəhhabiliyə aid olan bütün ədəbiyyat məhv edilsin.
Xatırladaq ki, Suriyada 2011-ci ildən bəri Qərb və ərəb rejimlərinin terrorçulara dəstəyi nəticəsində başlayan müharibədə yüz minlərlə insan həlak olub və ya itkin düşüb, milyonlarla insan isə öz yurdlarını tərk etmək məcburiyyətində qalıblar.
Qeyd etmək yerinə düşərdi ki, Suriya olayları başlamadan təxminən 25 il öncə xarici ölkələrin hərtərəfli yardımı ilə bu ölkədə "sələfi", "əhli-sünnə" adları altında vəhhabiliyin geniş təbliğinə başlanılıb və hökumətin bu yöndə diqqətsizliyi sonda unudulmaz faciə ilə nəticələnib. Əlbəttə, vəhhabi cərayanını təbliğ edənlərin müəyyən dairələrə rüşvət verməsi və bir çox hallarda yerli hökumətə dəstək kimi görünən çıxışları da Suriyada hakimiyyətin onların fəaliyyətinə göz yumması ilə nəticələnib. Nəticə isə göz qabağındadır. Ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib, Suriya başdan-ayağa xarabazara çevrilib, milyonlarla insan qaçqın durumundadır.