İŞİD Tacikistanda turistlərə hücum edən terrorçuların fotosunu paylaşıb

Terrorçuların mətbuat xidməti olan AMAQ Tacikistanda xarici turistlərə hücum edən terrorçuların andiçməsi ilə bağlı video paylaşıb.
(Həmin videodan kadr)
***
10.00
Tacikistanda xarici turistlərə hücumda məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu barədə terrorçuların internetdə bəyanatlarını izləyən SITE Intelligence Group xəbər verib.
Xatırladaq ki, Tacikistanın Xatlonskiy əyalətində naməlum şəxslər xarici velosipedçiləri vuraraq hadisə yeindən qaçmışdı. Hadisə nəticəsində 3 turist yerindəcə ölmüş, daha sonra biri də xəstəxanada həyatını itirmişdi. Bundan başqa daha 3 nəfər yaralanmışdı. Qurbanlar ABŞ və Niderlan vətəndaşı olub.
Operativ axtarış tədbirləri nəticəsində DİN əməkdaşları şübhəliləri və onların "Daewoo" avtomobilini aşkarlayıblar. Saxlanılma zamanı cinayətkarlar silahlı müqavimət göstərdiyindən milis atəş açmaq məcburiyyətində qalıb. Xüsusi əməliyyat nəticəsində 2 cani yerindəcə öldürülmüş, bir nəfər isə sağ ələ keçmişdi.