Fransada 18 mərtəbəli binada yanğın: 4 ölü, 9 yaralı

Fransanın paytaxtı Parisin Aubervilliers şəhərətrafı qəsəbəsindəki binada baş verən yanğında 4 nəfər ölüb, 9 nəfər yüngül yaralanıb.
Aubervilliersteki 18 mərtəbəli binanın 17-ci mərtəbəsində başlayan yanğın qısa müddətdə digər mərtəbələrə də yayılıb.
Təxminən 100 yanğınsöndürmə əməkdaşının 3 saatlıq səyi nəticəsində söndürülən yanğında bir qadın və 3 uşaq olmaqla 4 nəfər dünyasını dəyişib, 9 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
108 mənzilin yerləşdiyi binanı tərk etmək məcburiyyətində qalan sakinlər gecəni şəhərdəki idman salonunda keçiriblər.
Yanğının səbəbi hələ bilinmir.