Putin Trumpla Donbassda referenduma razılaşıb

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa referendumla Donbassdakı böhranın həllinə dəvət edib. Bu fikir Helsinkidə keçirilən görüşdə səsləndirilib.
Putin bu təklifi Trampa Rusiya səfirləri və daimi nümayəndələri ilə görüş zamanı səsləndirib.
Qeyd edilir ki, ABŞ prezidenti bu məsələni öyrənənə kimi liderlər planı ictimaiyyətə açıqlamamaq üçün razılığa gəliblər.
Söhbət beynəlxalq birlik tərəfindən tanınmamış Donetsk və Lugansk Xalq Respublikalarının sakinlərinin yaşadıqları ərazilərin vəziyyəti barədə beynəlxalq təşkilatların himayəsi altında referendum keçirməsindən gedir.
Xatırladaq ki, Rusiya Ukraynanın Krım vilayətində də referendum keçürərək oranın ilhaqını rəsmiləşdirib.