Adnan Oktarın iyrənc əməlləri

Adnan Oktar və qruplaşmasına qarşı əməliyyatla bağlı polis mənbələrinin mediaya ötürdüyü məlumatlar diqqət çəkir. Təşkilatda kişilərin yüksəlməsi üçün meyar Adnan Oktar gətirdiyiniz pul və qadınlarla ölçülürmüş. Nə qədər çox qadın və pul gətirirlərmişsə, mövqe də o qədər yüksəlirmiş.
15 yaşlı uşaqdan Adnan Oktarın
təşkilatı ilə bağlı dəhşətli etiraflar!
Məlumata görə, bu yaraşıqlı kişilərin hamısının bir bölgəsi olub. Polis mənbəyi onların iş bölgüsü barədə belə danışır: "Məsələn, biri Kanyona, biri "İstinye Park"a, biri Cahangirə, biri Bebekə gedir. Kafedə otururlar və orada qızlarla tanış olurlar. Hamı özünü ilk olaraq, "varlıyam və ailə dəyərlərinə çox əhəmiyyət verirəm. Evlilikdən kənar yaşayışı da qəbul etmirəm, məqsədim evlənməkdir", - deyə tanıdır. Münasibət belə başlayır, bütün vasitələrdən istifadə edib qızı yatmağa razı salır. Bunlar birgə olduğu zaman bir nəfər əlində telefonun kamerası açıq şəkildə içəri daxil olur, sanki nəsə yadından çıxıb otaqda qalıbmış kimi. Bəzilərini isə, "biz evlənəcəyik, amma indidən nə qədər çox cinsi məlumatın olsa, ərini o qədər çox xoşbəxt edirsən", - deyərək inandırmağa çalışıblar. Daha sonrası isə çəkilən görüntülərlə qızlar işin içindən çıxa bilmirlər, görüntülərlə təhdid edilirlər. "Sən özünü buna görə öldürə bilərsən, amma ananı, atanı, qardaşını, qohumlarını küçəyə çıxa bilməyəcək hala gətirərik", - deyirlər".
Polisdən bildirilib ki, aparılan araşdırmalar nəticəsində "kedicik"lərin çoxunun qrupa təhdidlə girdiyi məlum olub: "90 faizi sonradan oraya aid hala gəlirlər. Bir ana var, qruplaşmada olarkən uşağı dünyaya gəlir, yeddi yaşında uşağını qoyub gedir. On ildir uşağını görmür. Hüquq-mühafizə orqanları uşağının fotosunu göstərdikdə tanıya bilmir".
ilk əməliyyat keçirən nazir danışdı
Polisdən bildirilir ki, təşkilatın 200 milyon dolları var. Qruplaşma üzvləri qızları tora keçirməyə pul dolu çantalarla gedirlərmiş: "Bir mağazaya girib minlərlə dollarlıq alver edirlərmiş. Lüks mağazalarda Adnan Hocanın bədən ölçüləri alınır, o ölçülər xaricə gedir, tikilib yenidən gəlirmiş. Zolaqlı pencəklərində sarı xətlər qızıl iplə tikilirmiş. Adnan Oktarın heyranlarından biri, məsələn, "mənim köynəyim yoxdur", - deyir. Kişilərdən biri gedir, ən lüks mağazadan 30 dənə köynək alıb gətirirmiş".
Adnan Oktar tutulmasaydı Azərbaycanda
nələr baş verə bilərdi?! - VİDEO-FOTO
"116 evə basqın edilib. "Dragos" adı verilən sarayda yüksək kadrlar ilə təşkilata yeni verilmiş qurbanlar yaşayırmış. Digərləri isə eyni ilə FETÖ-dəki kimi hücrə evlərində yaşayırlarmış. İşləyənlər maaş kartlarını başçılarına verirlərmiş. Çox az sayda işləyənləri olub. Ehtiyacları təşkilat tərəfindən ödənilirmiş. Qadınların təkbaşına küçəyə çıxmaları qadağan imiş. Banka isə yanlarında bir nəfər olmadan getmirlərmiş.
Qrupa daxil olmağın üç forması var: Ya çox varlı, ya çox yaraşıqlı və ya çox yüksək təhsilli olacaqsan. Bu sistemdən kənardasansa, turniketdən keçmədən təşkilata daxil olmaq mümkün deyil. Turniket eyni zamanda bir cəzalandırma üsuludur. Adnan Hoca kediciyin o süzgün baxışlarını bəyənmirsə, "bu mənə istədiyim kimi baxmırdı", - deyərək, "ona dərs verin" təlimatını verirmiş. Qızı turniketə daxil edirlərmiş. İkinci əmrə qədər orada qalırmış. Kediciklər evə salınan kimi ona müntəzəm şəkildə yaşıl rəngdə litium dərmanlar verilirmiş. Döyülmə və təhqir də cəzalandırma üsullarından biri imiş. Şantaj üçün sadəcə kediciklər deyil, fahişələr və əcnəbi qadınlar da istifadə edilirmiş. Önəmli olan video-foto çəkilişlərin aparılması imiş", - deyə polisdəki mənbə qeyd edib.