ABŞ-da `modern kölə` var

Dünyada 40 milyon 300 min «modern kölə» var. Onların 400 mindən artığı ABŞ-dadır. Walk Free Foundation Vəqfinin Qlobal köləlik İndeksi Hesabatı «modern zaman köləliyinin» inkişaf etmiş ölkələrdə daha geniş yayıldığını bildirib.
Hesabatda modern köləlik – insan qaçaqçılığı, zorla işlətmə, borc əsarəti, zorla evləndirmə, cinsi istismar, uşaqların satılması və istismar ilə köləliyin özü nəzərdə tutulur.
İnkişaf etmiş ölkələrdə kölələrin sayının düşünüldüyündən daha çox olduğu vurğulandığı hesabatda ABŞ-da hər 800 nəfərdən birinin modern kölə kimi yaşadığını bildirib.
Birləşmiş Krallıqda isə 136 min modern kölə olduğu ifadə edilən hesabatda Avstraliya, Fransa və digər Avropa ölkələri də say hesabına görə geri qaldmadığı vurğbulanır.
Siyahını sonra Şimali Koreya, Eritreya, Burundi, Mərkəzi Afrika Respublikası və Əfqanıstan davam edir.
Hindistanda 2016-cı ildə 18 milyon 400 min olan modern kölələrin sayının 8 milyona düşdüyü bildirilib.