Melaniya Trampın Putinlə görüşəndən sonra aldığı üz ifadəsi maraq doğurub

ABŞ-ın birinci xanımı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşərkən üz ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məlumata görə, internetdə bununla bağlı yayılan videoda Melaniya Trampın Putinin əlini sıxdıqdan sonra qəfildən üz ifadəsinin dəyişdiyi görünür. İstifadəçilər onun baxışının qorxu dolu olduğunu bildiriblər.Xatırladaq ki, Putin və Trampın Helsinski görüşü iyulun 16-da baş tutub. Danışıqlar ümumilikdə 4 saat çəkmişdi.
ABŞ-ın birinci xanımının üz ifadəsi ilk dəfə deyil ki, diqqətləri özündə toplayır. 2017-ci ilin yanvar ayında bir tədbirdə kədərli üz ifadəsi memə çevrilmişdi.