Taylandda mağarada qalan uşaqlardan sonuncusu çıxarıldı

Taylandda mağarada qalmış insanlardan 12-ci yeniyetmə və məşqçi çıxarılıb.Bu barədə Spring News xəbər yayıb.
Onlar səhra hospitalına yerləşdiriliblər. Ondan sonra isə zərərçəkənlər Çianqray şəhər xəstəxanasına aparılacaqlar. Onlar bir neçə gün burda reabilitasiyadan keçəcəklər.
Qeyd edək ki, iyunun 23-də 12 yeniyetmə futbolçu və onların məşqçisi mağarada itkin düşmüşdülər. Axtarışdan 9 gün sonra onlar Txam-Luanq mağarasında aşkarlanırlar. Məlum olub ki, onlar 7 km-lik mağaraya daxil olublar, sonra isə qəfil yağan leysan yağışlara görə çıxa bilməyiblər.
Taylandda hazırda yağış mövsümüdür.