Rusiya ATƏT-in Parlament Assambleyasından çıxa bilər

Federasiya Şurasının beynəlxalq komitəsinin sədr müavini Vladimir Cabbarov bəyan edib ki, Rusiya nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyası tərkibindən çıxması istisna deyil. Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Belə bir məsələni istisna etmirəm",-deyə Vladimir Cabbarov vurğulayıb.
O, həmçinin ATƏT-in Parlament Assambleyasının iclası zamanı reqlamentin pozulması ilə bağlı zalı tərk edən Rusiya nümayəndə heyətinin qərarını dəstəkləyib: "Rusiya nümayəndə heyəti zalı tərk etmək və Berlin bəyannaməsinin layihəsi üzrə ümumiyyətlə səs verməməklə, tamamilə düzgün qərar qəbul edib".