Derada yaraqlıların komandirləri Suriya ordusuna qoşulub

Suriyanın Dera şəhərində silahlı birləşmələrin komandirlərinin böyük bir qismi ordu tərəfinə keçib. Bu barədə ictimaiyyətə Rusiyanın Suriyada Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri Aleksey Tsiqankov məlumat verib.
"Hökumət qüvvələri və silahlı müxalifət nümayəndələri arasında münaqişə sona çatdı. Dera bölgəsindəki silahlı birləşmələrin komandirlərinin çoxu müqaviməti dayandırıb və Suriya hökuməti tərəfinə keçib. Əldə olunan razılaşmaya əsasən, silahlı birləşmələr 2 tank və 1 zirehli piyada maşını, o cümlədən çox sayda silah və sursatı orduya təslim edib",-deyə Tsiqankov əlavə edib.