Kim Çen Inın şəxsi təyyarəsi Vladivostokda görünüb

Şimali Koreya lideri Kim Çen Inın şəxsi təyyarəsi Vladivostokda görünüb.Bu barədə Yonhap xəbər verib. Bildirilir ki, təyyarə aeroportda 3 saata qədər qalıb, sonra isə Pxenyana yola düşüb.
Təyyarədə Kim Çen Inın təyyarədə olduğu barədə dəqiq informasiya yoxdur. Agentlik mənbələrə istinadla bildirilir ki, təyyarədə Kim Çen Inın sentyabra təyin olunan Şərqi İqtisadi foruma səfəri barədə müzakirə aparmaq üçün gələn məmurlar ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl RF XİN rəhbəri Serqey Lavrov Pxenyana səfəri zamanı KXDR liderinə dəvətnamə verilmişdi. Sonradan RF prezidenti Yuriy Uşakov bəyan etmişdi ki, Kim Çen In Vladivostokda Şərqi İqtisadi Foruma dəvət olunub. Pxenyan hələ ki, rəsmi cavab verməyib.