Türkiyə İrana dəstək çıxdı

Məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə açıqlamasında ABŞ-ın sanksiyaları fonunda İrana dəstək çıxıb. Türkiyənin XİN rəhbəri bildirib ki, Ankara ABŞ-ın İran məsələsindəki addımlarını doğru hesab etmir.
"Yeni rəhbərlik müqavilədən çıxdı. Avropa İttifaqı ölkələri və İran müqaviləni davam etdirmək istəyir. Lakin ABŞ əlavə sanksiyalar tətbiq edir. Digər ölkələri buna məcbur etmək istəyir. Elə şey yoxdur. Artıq bu iş belə olmayacaq. "S-400" alırsan, sanksiya tətbiq edirəm deyir. Tətbiq etsən qarşılığını görəcəksən. Belə bir münasibət istəyirsənsə, o sənin seçimindir",-deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Türkiyənin xarici işlər naziri həmçinin əlavə edib ki, İrana qarşı sanksiyaları doğru deyil: "İran kimi ölkənin küncə sıxışdırılmasını düzgün hesab etmirik. İsrailin tələbiylə İrana qarşı bu embarqolar doğru deyil. Cənab prezidentimiz bunu dəqiq şəkildə söyləyib. Bölgəmizdə gərginlik istəmirik. Hazırda ABŞ-ın bu addımlarına yalnız biz deyil, Aİ üzvü olan ölkələr də qarşı çıxır. Şirkətlər bundan narahat olur. Amma AB üzvü ölkələr və Aİ bir qurum olaraq ABŞ-ın bu qərarlarına qarşıdır".