Pakistanın baş naziri həps edilib

Pakistanın sabiq baş naziri Navaz Şərif korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bununla əlaqədar qərar cümə günü İslamabad antikorrupsiya məhkəməsi tərəfindən verilib.
Onun qızı Məryəm Şərif 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa onlar uyğun olaraq 8 mln funt sterlinq və 2 mln futn sterlinq cərimələniblər. Gün ərzində məhkəmənin qərarı bir neçə dəfətəxirə salınmışdı. Son nəticədə yerli vaxtla 16:20-də məhkəmə qərarı açıqlayıb.
Hazırda Navaz Şərif və qızı Məryəm Londondadırlar. Orda sabiq baş nazirin xanımı Gülsüm müalicə alır.
Şərif 2013-cü ildə 3-cü dəfə baş nazir olub, 2017-ci ildə isə Ali Məhkəmə tərəfindən vəzifəyə uyğunsuz hesab edilib və istefa verib.
Şərifə qarşı ittihamlar 2016-cı ilin yazında Panama dosyesindən informasiya dərc olunduqdan sonra irəli sürülüb.