Türkiyə ordusu Suriyaya zirehli texnika və yaylım atəş sistemi göndərib

Türkiyə Silahlı Qüvvələri Suriyaya əlavaə yaylım atəş sistemi, əlavə zirehli texnika, ağır silahlandırma göndəriblər. Bu barədə İhlas agentliyi xəbər verib.
Hərbi konvoy Suriya itlə sərhəd Oncupınar və Çobanbey keçid məntəqəsini keçib və hazırda Suriyanın Tell-Rifaat və Mənbicə doğru hərəkət edir. Avtomobil karvanının tərkibində yaylım atəşli raketqurğusu, özüyeriyən qaubitsalar, tanklar, zirehli texnikalar, mina əleyhinə yüngül zirehli maşınlar, buldozerlər, yük maşınları var.