Səhrada itkin düşən avtobusdakı 17 nəfər ölü tapılıb

Malinin Timbuktu şəhərinin şimalında səhrada itgin düşən avtobusdakı 17 nəfər ölü olaraq tapılıb. Məlumata görə, avtobus iyunun 21-də Əlcəzairdən Timbutkuya getmək üçün yola düşüb.
İki günə məntəqəyə çatması düşünülən 4-ü uşaq, 6-sı qadın 17 nəfərin olduğun avtobusdan günlərlə xəbər alınmadığına görə, sərnişinlərin Əlcəzairdəki qohumları işə qarışıb.
Araşdırmalar nəticəsində avtobus Timbuktunun 130 km şimalında sərnişinlər və sürücü ölmüş halda tapılıb.
Sürücünün səhradakı qumm fırtınası səbəbindən yolunu itirdiyi düşünülür.