Sarkisyanın qardaşının evində axtarış aparılıb

Ermənistanın Milli Təhlukəsizlik İdarəsinin əməkdaşları sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın evində axtarış aparıb.
Bu barədə "News.am" saytı məlumat yayıb.
Buna qədər Aleksandr Sarkisyan 25 iyunda qanunsuz silah saxlamaqda şübhəli bilinərək polisə aparılmışdı. Lakin onun silahı qanuni olduğu üçün sərbəst buraxılmışdı.