İraq xarici ölkələrə çağırış etdi: `Uşaqlarınıza geri alın`

Iraq Xarici İşlər Nazirliyi çərşənbə axşamı, həbs olunan terrorçuların uşaqlarının geri qaytarılması üçün onların ölkələrinə çağırış edib.
Məlumata görə, İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd Mahcub verdiyi açıqlama zamanı bildirib ki, İraqdakı bütün diplomatik nümayəndəliklərdən, terrorçuların cəzalandırılmayan uşaqlarını geri almalarını istəyirik.
O, Azərbaycan, Rusiya, Almaniya və digər ölkələrin nümayəndələri ilə barəsində hökm çıxarılmamış və cəza müddəti bitmiş uşaqların ölkələrinə geri qaytarılması istiqamətində birgə işlər gördüklərini deyib.
Qeyd edək ki, İraqda 14 millətdən azı 833 uşaq hazırda həbsdədir.