`Ən-Nusra` cəbhəsi rəsmi Moskva ilə müzakirələri rədd etdi

Suriyanın cənubunda döyüşən "ən-Nusra" terrorçu qruplaşması rəsmi Moskva ilə geri çəkilmək və təslim olmaq barədə müzakirələri rədd edib. FaktXəbər-in verdiyi məılumata görə, bu barədə Livanın "Alahednews" saytı məlumat yayıb.
Məlumata görə, "ən-Nusra" terrorçu qruplaşması Suriyanın cənubundan geri çəkilmək mövzusunda Rusiya ilə müzakirələri rədd edib: "Rusiya rəsmiləri ilə Suriyanın cənubundan çəkilmək barədə danışıqlar aparmağa hazır deyilik".
Qeyd edək ki, bir neçə gün öncə Rusiya və Suriyanın cənubda yerləşən Dəraa şəhərində olan terrorçularla müzakirələrə başlaması barədə xəbər yayılmışdı.