Saakaşvili Gürcüstan prezidentini `qorxaq` adlandırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkə vətəndaşlığının geri qaytarılması tələbi ilə hazırki dövlət başçısı Georgi Marqvelaşviliyə müraciət edib. Bu barədə o, "Rustavi-2" telekanalının efirində danışıb.
Saakaşvili əlavə edib ki, ona vətəndaşlıq veriləcəyi təqdirdə seçkilərdə iştirak edə biləcək: "Marqvelaşvili, ilk növbədə qorxaqdır, çünki mənim vətəndaşlığımı əlimdən alıb. Əgər onun elementar cəsarəti varsa, əgər onun bir damla belə insanlığı varsa, qoy mənim Gürcüstan vətəndaşlığımı geri qaytarsın".
O, həmçinin bildirib ki, gürcü xalqı ilə arasında filtr olmayacaq və onun təmiz əli və nüfuzundan başqa heç nəyi yoxdur.