ABŞ-ı daha bir beynəlxalq qurumdan çıxmaq istəyir

ABŞ prezidenti Donald Tramp ölkəsini Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxarmaq niyyətindədir.Bu barədə Ağ Evdəki mənbələrinə istinadən "Axios" nəşri məlumat verib.
Məlumata görə, Donald Tramp Ağ Evin yüksəkçinli rəsmiləri ilə ABŞ-ı ÜTT-dən çıxarmaq barədə dəfələrlə danışıb.
"O, təşkilatdan çıxmaqla bağlı 100 dəfə hədə-qorxu gəlib. Bu, baş verərsə, ölkəmizə pis təsir edər",-deyə nəşr yazıb.
Mənbənin sözlərinə görə, Tramp Birləşmiş Ştatların ÜTT-yə üzv olduğu üçün öz müşavirlərinə mütəmadi olaraq şikayət edib.
"Mən bilmirəm, niyə biz orada təmsil olunuruq. ÜTT dünyanın digər ölkələri tərəfindən ABŞ-ın dağıdılması üçün yaranıb",-deyə mənbə prezidentin sözlərindən sitat gətirir.