Türkiyədə millət vəkili həbs olundu

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) məclisi üzvü və keçmiş deputat Eren Erdəm həbs olunub.Onun barəsində həbs qərarını 35-ci Ağır Cəza Məhkəməsi çıxarıb.
Eren Erdəmə "Silahlı terror təşkilatı nəzdində funksional sistemə daxil olmamaqla təşkilata yardım etmək", "Gizli şahidi ifşa etmək" və "İstintaqın gizliliyini pozmaq" maddələri üzrə ittiham irəli sürülüb.
Bu maddələr üzrə CHP rəsmisini 9,5 ildən 22 ilə qədər həbsi cəzası gözləyir.
Parlament seçkilərində CHP tərəfindən namizəd göstərilməyən E.Erdəm bu gün səhər Ankarada saxlanılıb.