Səud koalisiyası sərnişin avtobusunu vurub: Ölən və yaralananlar var

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin Hodeydaya aviahücumları nəticəsində azı 20 nəfər ölüb və yaralanıb. Bu barədə Əl-Məsira xəbər yayıb.
Bildirilir ki, bomba qaçqınların daşındığı avtobusa düşüb. Onlar şəhəri tərk etməyə çalışırmışlar.
Ümumilikdə 9 dinc sakin həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı HHQ-nin Yəmənin Amran əyalətinə aviazərbələri nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla azı 24 dinc sakin həlak olmuşdu.