NATO-nun sabiq baş katibi ABŞ-a buraxılmadı

NATO-nun sabiq baş katibi Xavyer Solananın ABŞ-a daxil olmasına icazə verilməyib. Solananın Vaşinqton səfəri, viza verilməməsi səbəbindən baş tutmayıb.
ABŞ rəsmiləri viza verilməməsinə səbəb kimi NATO rəsmisinin İrana səfər etməsini göstərib. Solana Avropa Birliyində vəzifə yerinə yetirərkən İranla əldə olunan nüvə müqaviləsində mühüm rol oynayıb. Tramp rəhbərliyinin də bu səbəbdən Xavyer Solananı ölkəyə buraxmadığı ehtimal olunur.