Ərdoğana ünvanlanan təbrik İsrail parlamentini qarışdırıb

İsrail parlamentinin toplantısında tribunaya çıxan Ərəb Siyahısı Bloku deputatı Talib Əbu Arar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkidəki qələbəsinə görə təbrik edib.
Əbu Arar çıxışında, "kin saxlayanlara baxmayaraq, türk xalqını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı böyük uğura görə təbrik edirəm", - deyə bildirib.
İsrailli deputatların etirazlarına baxmayaraq sözünə davam edən Əbu Arar bildrib ki, Türkiyə müstəqil və suveren bir ölkədir.
Daha sonra çıxış edən Abdulhakim Hacı Yəhya da seçkilərə görə təbrikini çatdırıb.
Yəhudi əsilli millət vəkilləri onun da çıxışına replikalara taraq uzun müddət etiraz ediblər.
Qeyd edək ki, İsrail vətəndaşı olan fələstinlilər tərəfindən yaradılan siyasi partiyalardan millət vəkili seçilənlərin yaratdığı Birgə Ərəb Siyahısı Bloku 120 yerlik parlamentdə 13 millət vəkili ilə təmsil olunurlar.