Kürd qruplaşmalar həbslərə başlayıb

"Suriya Demokratik Qüvvələri"nin kürd döyüşçüləri Rəqqa şəhərində həbslərə başlayıblar. Məlumata görə, Rəqqanın şimalından bu məqsədlə təqribən 50 maşın dəstək gəlib. Tutatut vaxtı SDQ yeniyetmələr də daxil olmaqla onlarsa dinc sakini İŞİD üzvü olma ittihamı ilə həbs ediblər.
Sakinlər bu vəziyyətdən narazıdırlar və yaxın vaxtlarda aksiya kueçirməyi planlaşdırırlar.
Bundan başqa SDQ edə öz tərkiblərinə daxil olan «Liva Suvar Rəqqa» qruplaşmasının mənzil qərargahını mühasirəyə alaraq, onların üzvlərini də həbs ediblər.
Ümumiyyətlə kürdlərin nəzarətində olan ərazilərdə SDQ və yerli sakinlər arasında gərginlik artıb. Rəqqa, Hasaka və Deyr əz-Zor əyalətinin sakinləri mütəmadi olaraq silahlıların bölmələrinə məcburi çağırılması barədə şikayətlər səslənib. Yerli KİV-in məlumatına görə, son dönəmlər bu praktika yenidən bərpa olunub – silahlıların patrul dəstələri kənd və şəhərlərin küçələrində gəncləri tutaraq təlim düşərgələrinə aparırlar.
Bu hərəkət dəfələrlə etiraz aksiyaları ilə nətcələnsə də SDQ qüvvələri tərəfindən qəddarlıqla yatırılıb, hətta aksiyaçılara atəş də açılıb.