Yəmən ordusu Səudiyyə Ərəbistanı sərhədində 10-dan artıq əsgəri öldürüb

Yəmən ordusu və "Ənsarullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanı sərhədində 10-dan artıq əsgər öldürüb. Bu barədə "Saba" agentliyi məlumat yayıb.
Çox sayda səudiyyəli əsgərin də yaralandığı əməliyyat zamanı, o cümlədən üç hərbi maşın da məhv edilib.
Qeyd edək ki, Səudiyyənin Hudeydə liman şəhərinə hücum etməsindən sonra Yəmən-Səudiyyə Ərəbistanı sərhədində toqquşmalar yenidən artıb.