İŞİD Rəqqada terror həyata keçirdiyini iddia edir

İŞİD terror təşkilatı Rəqqa əyalətində terror aktı həyata keçirdiyini elan edib.Məlumata görə, «Vilayəti Rakka» qısaldılmış snayper tüfəngi ilə kürd silahlılarının iki nəqliyyat vasitəsi sıradan çıxarılıb. Bir neçə nəfər ölüb, yaralananlar da var.
Məlumata görə, terror aktı Rəqqanın şimal əyalətində Həmmam Türkman dairəsində həyata keçirilib.
Bəyanat yerli aktivistlər tərəfindən təsdiqlənib.
Bu terror ötən il qruplaşmanın Rəqqanı tərk etməsindən sonra həyata keçirdiyi ilk terrordur.