Türkiyə ABŞ-ın mallarına əlavə rüsum tətbiq edir

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, Ankara 22 növ məhsul üçün ABŞ-a qarşı 300 milyon dollar dəyərində rüsum tətbiq edir. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edək ki, məlum qərar ABŞ-ın polad və alüminium rüsumlarının tətbiqinə cavab xarakteri daşıyır.
"ABŞ rəhbərliyi polad və alüminiumla bağlı əlavə rüsumlar tətbiq edib. Biz ABŞ-a 1,18 mlrd. dollar dəyərində polad ixrac edir, bu ölkədən isə 1,3 mlrd. dollar məbləğində mal idxal edirik. Biz onlarla danışıqlarda bu problemi həll etməyə çalışırdıq, amma alınmadı",-deyə Nihat Zeybekçi əlavə edib.
Xəbər verildiyi kimi, Avropa Komissiyası da ABŞ-ın polad və alüminium rüsumlarının tətbiq edilməsinə cavab olaraq tədbirlər görülməsinə razılıq verib.