Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək

Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, sünu böhranlar yaratmaq Qərbin tərzidir: “Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq”.