İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb.
Qəza iyunun 19-da Sumatra adasının şimalında – Medan rayonu yaxınlığındakı Toba gölündə baş verib.
Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.
İndoneziyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nurgroho bərədəki sərnişinlərin siyahısı tapılmadığından itkin düşənlərin sayının çox olacağından ehtiyatlandıqlarını bildirib.
Qəzanın səbəbi araşdırılır.