Suriya ordusu bombalandı, ABŞ təkzib etdi

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Əbu Kamal şəhərinin cənub-şərqində yerləşən mövqelərinə havadan hücum təşkil edib.
Bu barədə məlumatı Suriyanın SANA agentliyi yayıb.
Hücum nəticəsində 48 hərbçinin öldüyü bildirilir.
Qeyd edək ki, Pentaqon ABŞ və koalisiya qüvvələrinin bu hücumda əli olmadığını bildirirək, məlumatı təkzib edib.