Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu məhv edib.
Bu barədə “Habertürk” Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, antiterror əməliyyatı İraqın Zap bölgəsində həyata keçirilib. Hava əməliyyatı zamanı 3 terrorçu öldürülüb.
Onların hücum hazırlığında olduqları bildirilir.