Ərdoğan Rusiya ilə `S-500` raketlərini istehsal etmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, "S-500" zenit-raket kompleksinin birgə istehsalı ilə bağlı Rusiya tərəfinə müraciət edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlum olduğu kimi, Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksini yaxşı şərtlərlə kifayət qədər sərfəli kreditlə alıb.
Ərdoğan bildirib ki, məhz səmərəli tərəfdaşlıq münasibətlərinin inkişafı güman etməyə əsas verir ki, gələcəkdə Rusiya və Türkiyə birgə "S-500" sistemini istehsal edə biləcək.