Ramazan tətili başladı: 134 ölü, 285 yaralı

İndoneziyada Ramazan tətilinin başladığı ilk gün ölkənin yollarında dəhşətli yol qəzaları pik həddə çatıb.
Ramazan tətilinin ilk saatlarında qəzada ölənlərin sayı 134 nəfərə çatıb. Yaralıların sayı isə 285-i ötüb.
Fəsadların aradan qaldırılması, yollarda hərəkətin bərpa edilməsi üçün İndoneziya hökuməti tərəfindən 180 min dövlət qulluqçusundan ibarət kontingentin qəza baş verən ərazilərə cəlb edildiyi bildirilir.