Ərdoğan: ABŞ bizə yox dedi, Rusiyanın təklifi isə cəlbedici idi

Türkiyə ehtiyac yaranarsa, Rusiyadan alınan S-400 zenit-raket komplekslərindən istifadə edəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yerli telekanallara verdiyi açıqlamada bildirib.
“Biz S-400-ləri sadəcə alıb, anbara yerləşdirməyəcəyik. Ehtiyac yaransa, onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, - Ərdoğan deyib.
Ərdoğan Ankaranın bir neçə il ərzində Vaşinqtondan analoji müdafiə sistemləri istədiyini, ancaq ABŞ Konqresinin buna əngəl yaratdığını xatırladıb: “Biz artıq belə vəziyyətdən təngə gəlmişdik. Rusiya bizim sorğulara kifayət qədər cəlbedici təkliflə cavab verdi.”