Türkiyə ordusu PKK-nın 12 mövqeyini bombalayıb

Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Qəndil və Sincar başda olmaqla, İraqın şimalında yerləşən PKK terrorçularının 12 mövqeyinə zərbə endirib. Bu barədə ictimaiyyətə Baş qərargah rəisi general Hulusi Akar məlumat verib.
"Ölkəmizə qarşı hər cür təhdid və təhlükəyə qarşı fəaliyyətlərimizi davam etdirəcəyik. Bundan geriyə dönüş yoxdur. Bu səfər əzmlə, qətiyyətlə bütün terror təşkilatlarının üzərinə getmək, onların sonuna çıxmaqda qərarlıyıq. Ordu konstitusiya çərçivəsində və qanunlar əsasında millətinin əmrində və daima vəzifəsinin başındadır",-deyə Hulusi Akar əlavə edib.
Qeyd edək ki, Türkiyə ordusu Qəndil, Sincar, Hakurk və Avaşin-Basyan regionlarındakı terrorçuların mövqelərini hədəfə götürüb.