ABŞ koalisiyası Suriyada kəndi bombalayıb: 12 ölü var

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələrinin avia zərbəsi nəticəsində 12 nəfər həyatını itirib. Bu barədə "SANA" yerli mənbələrə məlumat yayıb.
Məlumata görə, koalisiya qüvvələri Suriyanın əl-Həsəkə əyalətinində yerləşən Təl əş-Şayir qəsəbəsinə zərbə endirib. Avia zərbə zamanı bir ailənin 2 üzvü olan dinc sakin də həyatını itirib, 8 nəfər isə yaralanıb.
Qeyd edək ki, əyalət ABŞ-la əməkdaşlıq edən hərbi dəstələrinin nəzarətindədir.