Ərdoğan İraqın 3 şəhərində hərbi əməliyyat keçirəcəklərini açıqlayıb

Türkiyə Silahlı Qüvvələri İraq ərazisində anti-terror əməliyyatları keçirə bilər. Bu barədə TC prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalında müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Bağdad terrorçulara qarşı gələ bilməyəcəyi halda bu baş verəcək.
Ərdoğan vurğulayıb ki, əməliyyatlar 3 şəhərdə keçirilə bilər.
«Əgər İraq hökuməti bəyan etsə ki, «biz terrorçulara qarşı gələ bilmirik», o zaman Sincar və Kandili vuracağıq və bu barədə heç kimdən soruşmayacağıq. Hətta Mahmuru da, çünki İraqın şimalında çox vacib şəhərdir», - deyə Türkiyə prezidenti vurğulayıb.