`Taliban` bayramla əlaqədar heç yeri partlatmayacaq

Əfqanıstan hökumətindən sonra "Taliban" yaraqlıları da Ramazan bayramı ilə əlaqədar üçgunlük atəşkəsə əməl edəcəyini açıqlayıb. Bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni müqəddəs Ramazan ayının başa çatması ilə bağlı "Taliban"la müvəqqəti atəşkəs elan edib. Atəşkəs iyunun 11-dən 19-dək müddəti nəzərdə tutur.