Paşinyan: Ermənistanda seçkilərin hamısı saxta olub

"Erməninstan keçirilən bütün parlament və prezident seçkiləri demək olar ki, saxtalaşdırılıb". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama edib.
"Hesab edirəm ki, 1991-cü ildə prezident seçkiləri və 1999-cu ildə parlament seçkilərindən başqa, ölkədə keçirilən bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün bütün qeyri-qanuni vəsait cəlb olunub - fiziki qırğınlardan tutmuş və seçki prosesi zamanı rüşvətə qədər",-deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, bu prosesin nəticəsində ölkədə əxlaqsız mühit formalaşıb: "Ermənistanda bütün qüsurlu halların bu hadisə ilə birbaşa əlaqəsi var. Yeni hökumət gərək bu proseslərin kökünü qazsı, demokratik və azad parlament seçkiləri keçirsin".