Ukraynadan Rusiyanı qəzəbləndirəcək daha bir addım

Ukraynanın "Naftoqaz" şirkəti 2020-2028-ci illərdə Rusiya qazının Ukraynadan tranzitinin hazırkı səviyyədəki miqdarını qorumağa hazırdır, lakin bunun üçün "Qazprom" ilin sonuna 110 milyard kubmetr qaz tədarükünə və 2018-2019-cu illərdə birbaşa tariflərin artmasına razı olmalıdır.Bu barədə "Kommersant" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Kiyev qiymət artımı ilə bağlı istəyini Moskvaya çatdırıb.
Stokholm Arbitrajının qərarına əsasən, "Qazprom" şirkəti 2018-2019-ci illərdə Ukrayna ərazisindən keçməklə Avropaya ildə azı 110 milyard kubmetr qaz göndərməyi planlaşdırır. Ukrayna tərəfi qaz nəqlində tranzit ölkə olaraq 2,55 milyard dollar gəlir əldə edəcək. Kiyev mövcud vəziyyətdə tariflərin qiymətini 33 faiz artıraraq 3,7 milyard dollar gəlir əldə etmək niyyətindədir.