ABŞ Suriyada yeni kimyəvi təxribat hazırlayır

Birləşmiş Ştatlar Suriyada hökuməti hədəf almaq üçün yeni kimyəvi hücum təxribatı hazırlıqları görür. Bu barədə "SANA" agentliyi Suriya Milli Komitəsinə istinadən məlumat yayıb.
Komitənin aldığı məlumata görə, "Suriya Demokratik Qüvvələri" adı altında fəaliyyət göstərən keçmiş İŞİD üzvləri ABŞ hərbçiləri ilə birgə öz ailələrini Deyr-əz-Zor şəhərindəki ABŞ hərbi bazasına aparıb. Orada isə Suriya ordusunu ittiham etmək üçün bir "kimyəvi hücum" hazırlanır.
ABŞ "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "Ağ Dəbilqələr" adlı təşkilatla əməkdaşlıq edərək Suriyada oxşar təxribatlar törədib və bunları Suriya hökumətinə hücumda əsas kimi istifadə edib.