Türkiyənin Səhiyyə Nazirliyində 14 həbs

2016-cı ilin 15 iyununda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ABŞ-ın Pensilvaniya ştatında gizlənən Fətullah Gülənin rəhbərlik etdiyi şəxslərə qarşı başladılan həbs dalğası davam etdirilir.
Ankara Respublika Baş Prokurorluğu Səhiyyə Nazirliyindəki FETÖ qruplaşmasına qarşı başladılan cinayət işinin istintaqı zamanı 4-ü hələ də vəzifədə olan 14 nəfərin həbsi barədə qərar çıxarıb.