İsrail Qəzzanı yenidən bombaladı

İsrail rejiminin aviasiyası yenidən Qəzza zolağına zərbələr endirib.
Tərəflərin Misirin vasitəçiliyi ilə atəşkəsə hazır olması barədə bəyanatlarına baxmayaraq, qarşılıqlı raket zərbələrinin davam etdirildiyi bildirilir.
İsrail tərəfi bombardmana səbəb kimi Həmasın raket atmasını göstərib. Bildirilir ki, Həmasın hərbi qanadı olan “İslam cihad” hərəkatı 35 zərbə endirib.
Həmas isə öz növbəsində son zamanlar İsrail rejiminin artaq aqressiyasına qarşı belə bir addım atdıqlarını açıqlayıb.
Xatırladaq ki, hazırda İsrail həbsxanalarında 450-si inzibati həbs, 12-si deputat və 300-ü uşaq olmaqla təxminən 6 min 500 fələstinli var.