ABŞ senatoru: Səudiyyə Yəməndə günahsız insanları öldürür

Amerikalı senator Rend Pauel ABŞ administrasiyasını Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırmağa çağırıb. Bu barədə senator Twitter hesabında yazıb.
O, əlavə edib ki, ABŞ-ın silahla təmin etdiyi Səudiyyə Ərəbistanı səbəbindən Yəməndə günahsız insanlar həyatlarını itirir.
"Etiraf etməliyik ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə problemli aktyordur. Biz Səudiyyə Ərəbistanı və İran arasında silah yarışına imkan verməməliyik! Biz həmçinin Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırmalıyıq, çünki bu silahlar Yəməndə günahsız insanların məhv edilməsi üçün istifadə olunur",-deyə Rend Pauel qeyd edib.