Məktəblərdə insanları öldürməyə təşviq edən oyun.

ABŞ-da istifadəyə verilən yeni kompüter oyununda məktəblərdə insanları güllələmək mümkündür. Bu barədə "The Independnent" həyəcan təbili çalıb.
"Revived Games" şirkətinin məhsulu olan "Active Shooter" ("Aktiv atıcı") oyununda məktəbə hücum edən cinayətkarla yanaşı, xüsusi təyinatlı obrazını da seçmək mümkündür.
Video-oyunun yaradıcıları layihəyə ciddi yanaşmamağa çağırıblar.
"Active Shooter" oyunu Amerika cəmiyyətində birmənalı qarşılanmayıb və məktəblərdə baş verən cinayətlərin artmasına rəvac verəcəyi ehtimal olunub.