Dünyanı yeni maliyyə böhranı gözləyir - Soros

Amerikalı milyarder Corc Soros yaxın gələcəkdə dünyada böyük qlobal böhranın yaşanacağını bildirib.Bu barədə yəhudi əsilli iş adamı Parisdəki çıxışı zamanı danışıb.
O, əlavə edib ki, Avropa Birliyi maliyyə böhranı zamanı qaçılmaz təhlükə ilə üzləşəcək.
"Maliyyə böhranının baş verməsinə səbəb dolların kursunun artması və inkişaf etməkdə olan bazarlardan kapitalların çıxarılması səbəb olacaq. İranla nüvə sövdələşməsinin pozulması və transatlantik alyansın (Aİ və ABŞ) dağılması Avropa iqtisadiyyatı üçün mənfi təsirini mütləq göstərəcək və o cümlədən inkişaf etməkdə olan ölkələrin valyutalarının devalvasiyaya urğaması ilə nəticələnəcək. Bu o deməkdir ki, daha bir böyük maliyyə böhranını görə bilərik",-deyə Soros əlavə edib.