Ukrayna Rusiya ilə böyük müharibənin vaxtını açıqlayıb

Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov növbəti dəfə bəyan edib ki, yaxın vaxtlarda Kiyev və Moskva arasında birbaşa toqquşma baş verə bilər. Bu dəfə o, hətta 2018-ci ilin iyul ayını müharibənin başlanacağı tarixi kimi göstərib.
Aleksandr Turçinov əlavə edib ki, Donbasda Rusiya qoşunlarının yüksək konsentrasiyası qeydə alınıb: "Bütün bunlar ondan xəbər verir ki, futbol üzrə Dünya Çempionatı başa çatdıqdan sonra Rusiyanın hərbi-siyasi rəhbərliyi genişmiqyaslı təxribatlar və hücum planı hazırlayb".