Kim Çen In sözünü tutdu, növbə Trampda

Koreya Xalq Demokratik Respublikası (KXDR) Punqeri nüvə poliqonunun sökülməsini başa çatdırıb. Bu proses xarici jurnalistlərin iştirakı ilə baş tutub.
KXDR-in şimal-şərqində yerləşən nüvə poliqonuna gedən bütün tunellər partlayışla məhv edilib. Poliqonun sökülməsini ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Cənubi Koreyadan olan jurnalistlər izləyib.
Qeyd edək ki, Şimali Koreyanın Müdafiə Nazirliyi hərbi poliqonda üç sınaq şaxtasını partladıb. Bundan başqa, yerüstü müşahidə məntəqələri, mühafizə qurğuları və digər xidmət obyektləri də yerlə bir edilib.
KXDR lideri Kim Çen In cənublu həmkarı Mun Çje İnlə aprel ayında görüşdə ona söz vermişdi ki, Punqeri nüvə poliqonunu sökəcək. Bundan sonra Şimali Koreya ABŞ tərəfindən tətbiq olunan sanksiyalardan azad olunmalıdır.