Türkiyə İsrailin Baş konsulunu ölkədən qovub

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı Baş konsulu Yosef Levi Sfarinin bir müddət ölkəsinə qayıtmasını istəyib.Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
Buna qədər Türkiyə XİN-ə çağrılan İsrail səfiri Eitan Naehə də ölkəni tərk edib.
Dünən eyni addımı İsrail rejimi atmışdı. İsrailin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlundan ölkəsinə qayıtması tələb olunub.